Daha bir güləşçimiz Avropa çempionu oldu 

21:49 09.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Bolqarıstanın Plovdiv şəhərində keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

 

Hafta.az xəbər verir ki, 60 kiloqram çəki dərəcəsində çıxış edən Məmmədlinin rəqibi gürcüstanlı İrakli Dzimistraişvili olub.

 

Rəqibinə ilk hissədə tam üstünlüklə (10:0) qalib gələn N.Məmmədli fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.

 

Qeyd edək ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçilərindən Xasay Həsənli (77 kq) Avropa çempionu olub, Ziya Babaşov (63 kq) gümüş, Laçın Vəliyev (87 kq) və Sərxan Məmmədov (130 kq) isə bürünc medal qazanıblar.